Cüdo üzrə “Böyük dəbilqə” turniri ilə əlaqədar Yerli Təşkilat Komitəsinin hesabat xarakterli iclası keçirilib

Cüdo üzrə “Böyük dəbilqə” turniri ilə əlaqədar Yerli Təşkilat Komitəsinin hesabat xarakterli iclası keçirilib İclasda Azad Rəhimovla Rövnəq Abdullayev iştirak ediblər
Fərdi
27 Aprel , 2016 15:57
Cüdo üzrə “Böyük dəbilqə” turniri ilə əlaqədar Yerli Təşkilat Komitəsinin hesabat xarakterli iclası keçirilib

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri ilə əlaqədar Yerli Təşkilat Komitəsinin hesabat xarakterli iclası olub. "Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev də iştirak ediblər.

İclasda komitə üzvləri turnirə hazırlıqla bağlı görülən işlər haqda geniş məlumat veriblər. Eyni zamanda, bundan sonra hazırlıq işlərinin davam etdirilməsi və görüləcək işlərlə bağlı müxtəlif təkliflər səsləndirilib, müzakirə olunub.

ACF-nin vitse-prezidenti Sadıq Sadıqov bildirib ki, “Böyük dəbilqə” turnirində 86 ölkədən 552 idmançı mübarizə aparacaq. O, görülən işlər haqda məlumat verib və qeyd edib ki, Azərbaycan idman ölkəsi kimi belə tədbirin keçirilməsində böyük təcrübəyə malikdir: "Biz bu təcrübədən istifadə edərək möhtəşəm turniri də yüksək səviyyədə təşkil edəcəyik. Beynəlxalq Cüdo Federasiyasının işçi qrupu da ölkəmizdə olub. Onlar görülən işlərlə tanış olublar, baxış keçiriblər və bəyəniblər. İşçi Qrupun razı qalması və müsbət fikri də işlərin istənilən səviyyədə getdiyindən xəbər verir.

Tədbirin sonunda “Böyük dəbilqə”nin keçiriləcəyi günlər ərzində qonaqların qəbulu, yerləşdirilməsi, otel, qidalanma və xüsusən, təşkilati işlərin həyata keçirilməsi məsələləri müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi