Cüdo üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Cüdo üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub.
Fərdi
29 Aprel , 2022 20:58
Cüdo üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub.

Federasiyadan "Report"a verilən məlumata görə, Ramiz Ramizzadəni Rüstəm Alimli əvəzləyib.

Bildirilib ki, Ramizzadənin vəzifəsindən azad olunması Göygöl Olimpiya İdman Kompleksində baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar deyil: "Baş məşqçi federasiya ilə qarşılıqlı razılaşma əsasında tutduğu vəzifədən ayrılıb. Göygöldə özünü pis hiss edən cüdoçular 15 yaşadək idmançılardır. Ramizzadə isə 15 yaşdan yuxarı - 18 yaşadək idmançılardan ibarət yığmanın baş məşqçisi olub. Onun Göygöldəki hadisə ilə bağlı işdən azad edilməsi bu baxımdan mümkün deyil".

Son xəbərlər

Orphus sistemi