Bakı. 12 yanvar. REPORT.AZ/ Cüdo üzrə Azərbaycan milli komandası yanvarın 16-da Tunisdə start götürəcək Afrika Kubokunda iştirak edəcək. "Report"un məlumatına görə, turnirdə Azərbaycanın 14 cüdoçusu mübarizə aparacaq.
Onların əksəriyyəti ehtiyat idmançılardır. Kişilərin mübarizəsində Vüqar Şirinli, Davud Məmmədov (hər ikisi 60 kq), Telman Vəliyev, İlkin Babazadə (hər ikisi 66 kq), Fəqan Quluzadə, Vüqar Bayramov (hər ikisi 73 kq), Ziya Namazov (81 kq), Tural Safquliyev (90 kq), Cəlil Şükürov və Firudin Dadaşov (hər ikisi 100 kq) çıxış edəcək.
Qadınlardan ibarət komandada isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Səkinə Zairova (52 kq) və Xanım Hüseynova (63 kq) birincilik uğrunda mübarizə aparacaq.
Reytinq xarakterli yarışa 53 ölkədən 343 cüdoçu qatılacaq.