Cüdo üzrə Azərbaycan Kubokuna yekun vurulub

Cüdo üzrə Azərbaycan Kubokuna yekun vurulub Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan Kuboku başa çatıb.
Fərdi
10 Dekabr , 2021 01:09
Cüdo üzrə Azərbaycan Kubokuna yekun vurulub

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan Kuboku başa çatıb.

"Report"un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın sonuncu - ikinci günündə qadınlar arasında 57 kq (12 iştirakçı), 78 kq (8 iştirakçı) və 78 kq-dan yuxarı çəki dərəcəsində (4 iştirakçı), kişilər arasında isə 73 kq (57 iştirakçı), 100 kq (20 iştirakçı) və 100 kq-dan yuxarı (13 iştirakçı) çəkidə mükafatçılar müəyyənləşib.

Qadınlar

57 kq

1) Əlizadə Fidan (İşıqlı Azərbaycan İdman Klubu)

2) Mustafayeva Elmira (Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, Bakı)

3) Bayramova Gülnarə (Şahin İdman Klubu)

3) Əliyeva Rita (Təhsil İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri)

78 kq

1) Paşazadə Aytəkin (Zirvə İdman Klubu, İsmayıllı rayonu)

2) Abdullayeva Pərvanə (Yevlax)

3) İbrahimova Nərgiz (13 nömrəli Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)

3) Rəşidova Xədicə (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Sumqayıt şəhəri)

+78 kq

1) Əmirli Nərmin (Atilla İdman Klubu)

2) Süleymanova Nigar (Neftçi İdman Klubu)

3) Rəşidova Elnarə (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Sumqayıt şəhəri)

Kişilər

73 kq

1) Mirzəyev Nəriman (Neftçi İdman Klubu)

2) Poladov Zaməddin (Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, Sumqayıt şəhəri)

3) Hacızadə Məmmədrza (Sərhədçi Olimpiya İdman Mərkəzi)

3) Hüseynov Qadir (13 nömrəli Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)

100 kq

1) Kərimli Adil (Neftçi İdman Klubu, Sumqayıt şəhəri)

2) İsayev Sabir (Təhsil İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri)

3) Dadaşov Hüseyn (Neftçi İdman Klubu)

3) Nəsirli Ruslan (Atilla İdman Klubu)

+100 kq.

1) Yusifov İmran (Qəbələ İdman Klubu, Qəbələ şəhəri)

2) Feyziyev Camal (Neftçi İdman Klubu)

3) Nəsibov Kənan (Kanokan-TT İdman Klubu)

3) Qəhrəmanov Şahin (Neftçi İdman Klubu)

Azərbaycan Kubokunda ümumi nəticəyə görə "Neftç"i İdman Klubu 1-ci, "Atilla" İdman Klubu 2-ci, Təhsil Uşaq Gənclər İdman Sağlamlığ Mərkəzi (Sumqayıt şəhəri) isə 3-cü yerə layiq görülüb və müvafiq kuboklarla təltif ediliblər.

Ölkədə mövcud olan karantin rejimi ilə əlaqədar azarkeşsiz keçirilən yarışda ölkəmizin 52 şəhər və rayonundan 57 qadın və 250 kişi olmaqla, ümumilikdə 307 nəfər cüdoçu iştirak edib.

Son xəbərlər

Orphus sistemi