Cüdo üzrə gənclər arasında Azərbaycan Birinciliyinin açılış mərasimi keçirilib - FOTO

Cüdo üzrə gənclər arasında Azərbaycan Birinciliyinin açılış mərasimi keçirilib - FOTO Bakı. 27 fevral. REPORT.AZ/ Cüdo üzrə gənclər arasında Azərbaycan Birinciliyinin açılış mərasimi keçirilib.
Fərdi
27 Fevral , 2019 20:11
Cüdo üzrə gənclər arasında Azərbaycan Birinciliyinin açılış mərasimi keçirilib - FOTO

Bakı. 27 fevral. REPORT.AZ/ Cüdo üzrə gənclər arasında Azərbaycan Birinciliyinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunmuş tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı çıxış edib.

Onlar Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğıdan danışıblar. Daha sonra medal görüşlərinə start verilib.

Qeyd edək ki, Azərbaycan Birinciliyində 51 klubdan 314 cüdoçu iştirak edir. Onların 259-u oğlanların, 55-i isə qızların yarışında mübarizə aparır. 

Turnirə fevralın 28-də yekun vurulacaq.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi