Cüdo üzrə Aran Qarabağ region birinciliyinin qalibləri məlum olub

Cüdo üzrə Aran Qarabağ region birinciliyinin qalibləri məlum olub Qaliblərə AFC-nin diplomları, medallar və hədiyyələr verilib
Fərdi
5 Oktyabr , 2017 03:17
Cüdo üzrə Aran Qarabağ region birinciliyinin qalibləri məlum olub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Ağdamın Quzanlı kəndində keçirilən region birinciliyinə yekun vurulub.

"Report" xəbər verir ki, Aran Qarabağ bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.

Yevlax cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında 1-ci yeri tutublar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr verilib.

Aran Qarabağ regionu üzrə birincilikdə Bərdə, Ağdam, Yevlax, Goranboy, Laçın, Ağcabədi, Göyçay, Zərdab, Xocalı, Ucar, Naftalan, Beyləqan cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Zaqatalada davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi