Cüdo üzrə 23 yaşadək gənclər arasında Bakı Birinciliyinə yekun vurulub - FOTO

Cüdo üzrə 23 yaşadək gənclər arasında Bakı Birinciliyinə yekun vurulub - FOTO Bakı Şəhər Açıq Birinciliyində 208 cüdoçu qüvvəsini sınayıb
Fərdi
18 Sentyabr , 2016 15:18
Cüdo üzrə 23 yaşadək gənclər arasında Bakı Birinciliyinə yekun vurulub - FOTO

Bakı. 18 sentyabr. REPORT.AZ/ Sərhədçi İdman Olimpiya Kompleksində cüdo üzrə 23 yaşadək gənclər arasında Bakı Şəhər Açıq Birinciliyinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarışın sonuncu günündə oğlanlar arasında 81 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində çıxış edən cüdoçular medallar uğrunda mübarizə aparıblar.

Qaliblər medal və mükafatlarla təltif olunublar.

Qeyd edək ki, 22 komandanın iştirak etdiyi Bakı Şəhər Açıq Birinciliyində 208 cüdoçu qüvvəsini sınayıb.

Son xəbərlər

Orphus sistemi