Çövkən milli atüstü oyununun püşkatması keçirilib

Çövkən milli atüstü oyununun püşkatması keçirilib Dekabrın 5-dən 24-dək Prezident Kuboku uğrunda çövkən milli atüstü oyunu keçiriləcək.
Fərdi
260
15 Dekabr , 2020 12:19
Çövkən milli atüstü oyununun püşkatması keçirilib

Dekabrın 5-dən 24-dək Prezident Kuboku uğrunda çövkən milli atüstü oyunu keçiriləcək.

Atçılıq Federasiyasından "Report"​​a verilən məlumata görə, yarışda ölkənin müxtəlif regionlarından 8 komanda mübarizə aparacaq.

Püşkatmanın nəticələrinə əsasən “Omar”, “Sərhədçi”, “Murad” və “Sərhədçi 2-Dilbaz” çövkən komandaları A qrupunda, “Buta Golden”, “Polad”, “Köhlən” və “Qarabağ-Ağdam” çövkən komandaları isə B qrupunda yer alıb.

Dekabrın 15-də yarışın ilk günündə 4 görüş keçiriləcək. Saat 11:00-dan etibarən başlayacaq ilk oyunda “Omar” “Murad”la qarşılaşacaq. İkinci görüş saat 12:00-da başlayacaq və “Buta Golden” “Köhlən”lə üz-üzə gələcək. 13:00-da “Sərhədçi” komandası “Sərhədçi-2 Dilbaz” komandasına qarşı mübarizə aparacaq. Günün son görüşü isə saat 14:00-dan etibarən “Polad” və “Qarabağ-Ağdam” komandaları arasında baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli, 488 nömrəli Qərarına 1 nömrəli əlavəsinin 12-ci bəndinə əsasən bütün oyunlar tamaşaçıların iştirakı olmadan və açıq havada – Binə Atçılıq Mərkəzinin açıq manejində keçiriləcəkdir.

Son xəbərlər

Orphus sistemi