Çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunun qalibi müəyyənləşib

Çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunun qalibi müəyyənləşib "Sərhədçi" komandası turnirin qalibi olub
Fərdi
28 Dekabr , 2016 19:39
Çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunun qalibi müəyyənləşib

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunun təqdimat mərasimini keçirib. 

"Report"un məlumatına görə, turnirdə "Polad", "Sərhədçi", "Köhlən", "Qarabağ" və "Dilbaz" komandaları mübarizə aparıblar.

Yarımfinalda "Polad" "Köhlən"i 5:1, "Sərhədçi" isə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Üçüncülük yarışında "Qarabağ" "Köhlən"i 2:0, finalda isə "Sərhədçi" "Polad"ı 1:0 hesabı ilə məğlub edib. Qalibləri Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev mükafatlandırıb. Birinci yerin sahibinə kubok və medal, ikinci və üçüncü yerin sahiblərinə isə medallar təqdim edilib. Eyni zamanda turnirin mükafat fondu - 50 min manat ilk 3 yerin sahibləri arasında bölüşdürülüb.

Qeyd edək ki, reqlamentə əsasən, ümumilikdə 24 region komandasının iştirak etdiyi yarışda 8 qalib müəyyənləşir. Həmin komandalar Bakıda keçirilən final mərhələsində iştirak hüququ qazanır. Hər il dekabrda keçirilməsi planlaşdırılan Prezident Kuboku yarışlarında əvvəlki aylarda 24 və ya 32 komandanın iştirak edəcəyi respublika çempionatlarının ilk 8 yerinə sahib olan rayonların çövkən komandalarının iştirakı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi