Cokoviç daha bir nüfuzlu yarışdan kənarda qala bilər

Cokoviç daha bir nüfuzlu yarışdan kənarda qala bilər Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin Fransa Açıq Çempionatında ("Roland Garros") iştirakına qadağa qoyula bilər.
Fərdi
17 Yanvar , 2022 18:13
Cokoviç daha bir nüfuzlu yarışdan kənarda qala bilər

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin Fransa Açıq Çempionatında ("Roland Garros") iştirakına qadağa qoyula bilər.

"Report" ESPN-ə istinadən xəbər verir ki, buna səbəb onun peyvənd olunmaqdan imtina etməsidir.

Fransanın idman naziri Roksana Marasinyanu bildirib ki, hökumət idmançılardan peyvənd sertifikat tələb etməyi planlaşdırır.

"Rolan Qarros" turniri 16 may - 5 iyunda keçiriləcək.

Qeyd edək ki, Novak Çokoviç "Australian Open"də də iştirak edə bilməyib. Tennisçi turnirə qatılmaq üçün Avstraliyaya getsə də, yanvarın 5-də vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub.

Son xəbərlər

Orphus sistemi