Cokoviç 21-ci dəfə Böyük Dəbilqə turnirlərinin qalibi olub

Cokoviç 21-ci dəfə Böyük Dəbilqə turnirlərinin qalibi olub Dünyanın 3 nömrəli raketka ustası serbiyalı Novak Cokoviç Uimbldon finalında avstraliyalı Nik Kiryos məğlub edərək Böyük Dəbilqə turnirlərində 21-ci titulunu qazanıb
Fərdi
10 iyul 2022 16:53
Cokoviç 21-ci dəfə Böyük Dəbilqə turnirlərinin qalibi olub

Dünyanın 3 nömrəli raketka ustası serbiyalı Novak Cokoviç Uimbldon finalında avstraliyalı Nik Kiryos məğlub edərək Böyük Dəbilqə turnirlərində 21-ci titulunu qazanıb.

“Report” xəbər verir ki, görüş Böyük Britaniyanın paytaxtı Londonda keçirilib.

Qarşılaşma 4:6, 6:3, 6:4, 7:6 (7:3) hesabı ilə turnirdə birinci nömrə altında çıxış edən N.Cokoviçin xeyrinə başa çatıb. Kiryos ispaniyalı Rafael Nadalın tərk etməsindən sonra avtomatik olaraq turnirin finalına yüksəlib.

Qeyd edək ki, N.Cokoviç 21-ci dəfə Böyük Dəbilqə turnirinin qalibi olub və bu göstəricidə Federeri (20) üstələyərək ikinci yeri tutub. Böyük Dəbilqə titullarının sayına görə lider Nadaldır (22).

Son xəbərlər

Orphus sistemi