Yuxarı
    Bağlamaq

    Çingiz Hüseynzadə yenidən Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib

    İcraiyyə Komitəsinin üzvləri də müəyyənləşib

    Bakı. 1 may. REPORT.AZ/ Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federaiyasının (AAF) hesabat-seçki konfransı keçirilib.

    Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə federasiyanın hesablama komissiyasının məlumatları təqdim olunub. Daha sonra AAF prezidenti Çingiz Hüseynzadə hesabat xarakterli çıxış edib. O bildirib ki, federasiya Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Oyunlara 30 atlet qatılacaq.

    Baş katib və Təftiş komissiyasının hesabatlarından sonra seçki keçirilib. Ç.Hüseynzadə növbəti müddətə AAF-ın prezidenti, Firat Hüseynov vitse-prezident, Məhərrəm Sultanzadə baş katib, Kamal Əhmədov icraçı direktor seçilib.

    İcraiyyə Komitəsinə Fərid Mansurov, Şirin Vəliyev, Elman Rzazadə, Sevda Mirzəyeva, Könül Nurullayeva, Cəfər Hümbətov, Raqif Abbasov, Sadıq Sadıqov, Nadir Əliyev, Emil Quliyev, Elvira Salyamova, Anar Bağırov, Bəhruz Salehli, Sergey Antipov, Mehdi Nağıyev daxil olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi