Çingiz Hüseynzadə və Yaponiya səfiri Tokio olimpiadasını müzakirə etdi

Çingiz Hüseynzadə və Yaponiya səfiri Tokio olimpiadasını müzakirə etdi Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katore ilə görüşüb.
Fərdi
13 Fevral , 2020 18:47
Çingiz Hüseynzadə və Yaponiya səfiri Tokio olimpiadasını müzakirə etdi

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katore ilə görüşüb.

MOK-un Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə səfirliyin Mədəniyyət və təhsil şöbəsinin müdiri, 3-cü katib İşikava Daiki, MOK-un Baş Katibinin müavini Azər Əliyev iştirak edib.

Əsas məqsəd Azərbaycan Olimpiya Komandasının Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığını, MOK-un Oyunların Azərbaycanda təbliğinə dair fəaliyyət planı və bu işlərin həyata keçirilməsində səfirliyin rolunu müzakirə etməkdən ibarət olub. Ç.Hüseynzadə qonaqlara MOK-un tarixi və inkişaf yolu, Tokio-2020-nin fərqli xüsusiyyətləri haqqında ətraflı məlumat verib, builki olimpiadanın əhəmiyyətini xüsusi vurğulayıb.

T.Katore Azərbaycan idmançılarının yapon İdman növləri üzrə yüksək nəticələr göstərdiklərini bildirib. "Yaponiya Azərbaycan idmançılarını güclü rəqib kimi qəbul edir" deyən səfir cüdoçuların yapon idmançılarla görüşlərdə əldə etdiyi nailiyyətlərə diqqət çəkib. 

1964-cü ildə Yaponiyada keçirilmiş olimpiadada SSRİ yığma komandası tərkibindəki Azərbaycan idmançılarının yüksək nəticələr əldə etdiklərini xatırladan MOK rəsmisi Tokio-2020-nin də Azərbaycan idmançıları üçün qələbə ilə yadda qalacağına əminliyini ifadə edib.

Bundan sonra tərəflər Oyunların təbliğat kampaniyası və müvafiq sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi