Çingiz Hüseynzadə Rusiya yığmasının olimpiadaya buraxılmamasına münasibət bildirib

Çingiz Hüseynzadə Rusiya yığmasının olimpiadaya buraxılmamasına münasibət bildirib "Qərar bundan da pis ola bilərdi"
Fərdi
19 Dekabr , 2017 10:25
Çingiz Hüseynzadə Rusiya yığmasının olimpiadaya buraxılmamasına münasibət bildirib
MOK vitse-prezidenti Çingiz Hüseynzadə / Report/ Firi Salim

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Rusiya yığmasının 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarından kənarlaşdırılma məsələsinə münasibət bildirib.

Ç.Hüseynzadə "Report"a açıqlamasında Beynəlxalq Olimpiya Komitəsinin (İOC) qərarının MOK daxilində müzakirə olunmadığını diqqətə çatdırıb. Bu səbəbdən, qurum rəsmisi məsələyə dair şəxsi mövqeyini açıqlayıb. Onun fikrincə, qərar bundan da pis ola bilərdi: "Yəni, Rusiya idmançılarını olimpiadaya, ümumiyyətlə buraxmaya bilərdilər. Amma kompromis variant tapılıb. Buna Rusiya tərəfi də, hamı da razıdır".

Qeyd edək ki, dekabrın 5-də İOC Rusiya yığmasının Pxençxan Qış Olimpiya Oyunlarından kənarlaşdırılmasına dair qərar qəbul edib. Qonşu ölkə idmançıları olimpiadada yalnız neytral statusda çıxış edə bilərlər. Sayca XXIII qış olimpiadası 2018-ci il fevralın 9-dan 25-dək keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi