Çingiz Hüseynzadə: "Olimpiadada qızıl medala layiq 5 idmançımız var"

Çingiz Hüseynzadə: "Olimpiadada qızıl medala layiq 5 idmançımız var" "Bu, ən çətin olimpiada olacaq. Amma heç nədən qorxmuruq, hər şeyə hazırıq".
Fərdi
13 İyul , 2021 20:20
Çingiz Hüseynzadə: Olimpiadada qızıl medala layiq 5 idmançımız var
Çingiz Hüseynzadə

"Bu, ən çətin olimpiada olacaq. Amma heç nədən qorxmuruq, hər şeyə hazırıq".

"Report"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək komandanın formalarının təqdimat mərasimində deyib.

O, hər şeyin idmançılar üçün yaxşı olacağına ümid etdiyini bildirib: "Dövlət başçısı həm də MOK-un prezidentidir. Olimpiya hərəkatının bu səviyyəyə çatmasında onun rolu var. Olimpiadanı izləyəcək, ilk təbrik edən də özü olacaq. Bu, onun gözəl xüsusiyyətidir".

Hüseynzadənin sözlərinə görə, olimpiyaçılar arasında qızıl medala layiq layiq olan ən azı 5 idmançı var: "Rio-2016-da da bu qədər medal qazana bilərdik. Namizədlərimiz çoxdur. 44 idmançıdan ən azı yarısı medallar uğrunda mübarizə aparacaq".

Son xəbərlər

Orphus sistemi