Çingiz Hüseynzadə İHİF-nin vitse-prezidenti, Könül Nurullayeva isə qurumun İcraiyyə Komitəsinə üzv seçilib

Çingiz Hüseynzadə İHİF-nin vitse-prezidenti, Könül Nurullayeva isə qurumun İcraiyyə Komitəsinə üzv seçilib Mohammed S. Al. Garnas İHİF-a yeni baş katib təyin olunub
Fərdi
328
22 Noyabr , 2017 00:46
Çingiz Hüseynzadə İHİF-nin vitse-prezidenti, Könül Nurullayeva isə qurumun İcraiyyə Komitəsinə üzv seçilib

Bakı. 22 noyabr. REPORT.AZ/ 19-20 noyabr tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) sayca 10-cu Baş Assambleyası, 26-cı İcraiyyə Komitəsinin iclası, eyni zamanda, İHİF-nin hər 4 ildən bir baş tutan hesabat konfransı keçirilib.

“Report” xəbər verir ki, Baş Assambleyada Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yenidən İHİF-nin vitse-prezidenti, Könül Nurullayeva isə ikinci dəfə İcraiyyə Komitəsinə üzv seçilib.

İHİF Baş Assambleyası zamanı 2013-2017-ci illəri əhatə edən hesabat çıxışlar dinlənilib, 2015-2016-cı illər üçün maliyyə məsələlərinin yekununa baxılıb, növbəti iki il üçün qarşıda duran planlar müzakirə edilib, V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinin hazırlıq hesabatı dinlənilib, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarında gördüyü işlərə dair videoçarx nümayiş etdirilib. Eyni zamanda, icraiyyə komitələrinə üzv seçilmələri məqsədi ilə MOK-ların namizədliyinə baxılıb.

Məlumat üçün bildirək ki, Mohammed S. Al. Garnas İHİF-a yeni baş katib təyin olunub.

Baş İdman Təşkilatının sədri, Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti, İHİF-ə yeni seçilmiş prezident Turki bin Abdulmohsen Al-Al-Sheikh tərəfindən gənclər və idman naziri Azad Rəhimova, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə və Könül Nurullayevaya IV İslam Həmrəyliyi oyunlarının təşkilindəki xidmətlərinə görə xüsusi mükafatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi