Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak edib

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak edib Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin iclası keçirilib.
Fərdi
8 aprel 2019 08:21
Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak edib

Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin iclası keçirilib.

"Report"un məlumatına görə, toplantıda İHİF-in və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib. Tədbir çərçivəsində İHİF-in prezidentliyinə namizədi şəhzadə Abdulaziz bin Turki al-Faysal Ç.Hüseynzadə ilə görüşüb və qurumun fəaliyyəti haqqında müzakirə aparılıb.

Həmçinin İHİF-in baş katibi Mohammed Saleh Al-Qarnas, prezident səlahiyyətlərini icra edən Hamad Kalkaba Malbum təşkilatın hesabatı ilə çıxış ediblər.

Xatırladaq ki, bu gün qurumda növbədənkənar Baş Assambleyanın iclası keçiriləcək. Assambleya çərçivəsində İslam Həmrəyliyi İdman Federasiyasının yeni prezidenti seçiləcək. Əlavə olaraq hesabat çıxışları, 2021-ci il İslam Həmrəylik Oyunlarının keçirilməsinə dair müzakirələr gündəlikdə olan məsələlər sırasındadır.

Son xəbərlər

Orphus sistemi