Çingiz Hüseynzadə: “Hər bir idmançı "ulduz xəstəliyi"nə tutula bilər”

Çingiz Hüseynzadə: “Hər bir idmançı "ulduz xəstəliyi"nə tutula bilər” "İdmançılara veriləcək mükafatın məbləğinin azaldılması çıxış yolu deyil"
Fərdi
22 İyul , 2016 19:20
Çingiz Hüseynzadə: “Hər bir idmançı ulduz xəstəliyinə tutula bilər”

Bakı. 22 iyul. REPORT.AZ/ “Hər bir idmançı "ulduz xəstəliyi"nə tutula bilər”. 

“Report”un məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib.

Onun sözlərinə görə, "ulduz xəstəliyi"nin sağalması mümkün deyil: “Bəzi idmançılar böyük qələbə qazandıqdan və çoxlu pul mükafatı aldıqdan sonra "ulduz xəstəliyi"nə tutulurlar. Nəticədə onların növbəti yarışlarda uğurlarının təkrarlanacağına inam qalmır. Lakin qələbəni normal qəbul edib sonrakı yarışlara ciddi hazırlaşan idmançılar da var. Məsələn, RİO-2016-ya qızıl medal qazanan iki idmançımız da qatılıb”.

MOK-un vitse-prezidenti idmançılara veriləcək mükafatın məbləğinin azaldılmasının çıxış yolu olmadığını da söyləyib: “Çünki həmin idmançı mükafatı qazanıb. Ancaq onun sonradan bunu necə xərcləməsi öz şəxsi işidir. Təbii ki, idmançının daha çox qazanmaq istəyi olacaqsa ciddi məşq edəcək. Artıq Olimpiya Oyunlarında mükafat alan idmançıların çoxu idmanı tərk edirlər. Bu da təbii haldır. Çünki növbəti 4 ildən sonra mükafat qazanmaq çoxları üçün qeyri-real olur. Ona görə də bir çox idmançılar son nəticəni Olimpiya Oyunlarında göstərirlər. Məhz bu səbəbdən idmançıların çoxu qalib kimi nəticəni yekunlaşdırmağa çalışır”. 

Son xəbərlər

Orphus sistemi