Çingiz Hüseynzadə: "İslamiadada qazanılan 99 medal yüksək nəticədir"

Çingiz Hüseynzadə: "İslamiadada qazanılan 99 medal yüksək nəticədir" "Nəticəmiz yaxşı oldu. Əlbəttə, Bakıdakı nəticəni burada təkrarlamaq mümkün deyildi".
Fərdi
18 Avqust , 2022 23:57
Çingiz Hüseynzadə: İslamiadada qazanılan 99 medal yüksək nəticədir

"Nəticəmiz yaxşı oldu. Əlbəttə, Bakıdakı nəticəni burada təkrarlamaq mümkün deyildi".

Bunu "Report"un Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə V İslam Həmrəyliyi Oyunlarındakı nəticəni şərh edərkən deyib.

Funksioner bildirib ki, İslamiadada qazanılan 99 medal yüksək nəticədir: "Onu da qeyd edək ki, ən yaxşı cüdoçularımız gəlməmişdi. Atletimiz Nazim Babayev zədə aldı və medal qazana bilmədi. Nəticəni uğurlu hesab edirəm".

O, yarışın təşkilatçılığına da toxunub: "Hər şey yaxşı idi. Oyunlar baş tutdu. Detalları Bakıda müzakirə edərik".

Son xəbərlər

Orphus sistemi