Bakı. 28 sentyabr. REPORT.AZ/ Oktyabrın 7-i saat 07:00-da “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində MMA üzrə qaydasız döyüş canlı efirdə nümayiş olunacaq.
"Report" xəbər verir ki, döyüş UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında keçiriləcək.
UFC-229 turnirinin keçirilmə yeri Paradiz, Nevada ştatı, Las-Veqasın şəhərətrafı ərazisi “Ti-Mobayl-arena” olacaq.
Xatırladaq ki, Konor Makqreqor yarım yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 21 döyüş keçirib, üçündə məğlub olub.
Həbib Nurməhəmmədov isə UFC-nin yüngül çəki üzrə hazırkı çempionudur. Karyerası boyu 26 peşəkar döyüş keçirib və heç birində məğlub olmayıb.
Biletlərin qiyməti 10 AZN, VIP - 20 AZN təşkil edir. Biletlərin sayı məhduddur.
