Çinin xarici işlər naziri Van İ ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışğında Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının keçirilməsinə müdaxiləni dayandırmasını istəyib.
“Report” xəbər verir ki, bu barədə məlumat Çin Xarici İşlər Nazirliyinin saytında yayılıb.
“ABŞ Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına müdaxiləni, Tayvan məsələsində odla oynamağı və mümkün anti-çin dərnəklər yaratmağı dayandırmaldır”, - Çinin XİN başçısı bildirib.
Xatırladaq ki, ABŞ bu idman yarışına rəsmi nümayəndə heyəti göndərməyəcəyini bəyan edib. Onun addımını Böyük Birtaniya, Avstraliya, Kanada və başqa ölkələr dəstəkləyiblər.
Qeyd edək ki, oyunlar fevralın 4 - 20-də keçiriləcək.