Çexiyalı tennisçi evində hücuma məruz qalıb

Çexiyalı tennisçi evində hücuma məruz qalıb Hücumun soyğunçuluq məqsədilə edildiyi bildirilir
Fərdi
20 Dekabr , 2016 18:54
Çexiyalı tennisçi evində hücuma məruz qalıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Çexiyalı tennisçi Petra Kvitova yaşadığı mənzildə hücuma məruz qalıb. 

"Report"un məlumatına görə, 26 yaşlı tennisçiyə Çexiyanın Prosteyov şəhərindəki mənzilində hücum edilib.

İdmançının mətbuat katibi Karel Teykal hücumun soyğun məqsədi ilə olunduğunu və bıçaqla hücum edildiyini söyləyib. O, tenisçinin səhhətinə də aydınlıq gətirib: "Hücum nəticəsində sol əlindən yaralanıb. İdmançının həyatı üçün təhlükə olmasa da, ciddi xəsarət alıb".

Çexiyalı tennisçi sosial şəbəkədəki şəxsi hesabında onun üçün ən vacib amilin əlinin sağalması olduğunu və bunun üçün həkimlərə inandığını qeyd edib.

Hadisə ilə bağlı yerli polis axtarışlara başlayıb. Cinayətkarın təxminən 35 yaşlarında olduğu bildirilir.

Qeyd edək ki, Petra Kvitova 2011 və 2014-cü illərdə tennis üzrə Uimbldon turnirinin çempionu olub. O, Qadın Tennisçilər Assosiasiyasının bayrağı altında keçirilən 19 görüşdə qalib gəlib. 2011-ci ildə isə dünya reytinqində ikinci pilləyə qədər yüksəlib.

Son xəbərlər

Orphus sistemi