Cənubi koreyalı 4 xizəkçi Asiya Oyunları vaxtı pivə içdikləri üçün diskvalifikasiya olunub

Cənubi koreyalı 4 xizəkçi Asiya Oyunları vaxtı pivə içdikləri üçün diskvalifikasiya olunub Bu barədə ölkənin Xizək İdmanı Assosiasiyası qərar verib
Fərdi
28 Aprel , 2017 10:30
Cənubi koreyalı 4 xizəkçi Asiya Oyunları vaxtı pivə içdikləri üçün diskvalifikasiya olunub

Bakı. 28 aprel. REPORT.AZ/ Cənubi Koreyanın 4 xizəkçisi Asiya Oyunlarında alkoqoldan istifadə etdikləri üçün diskvalifikasiyaya məruz qalıb. "Report"un məlumatına görə, bu barədə ölkənin Xizək İdmanı Assosiasiyası qərar verib.

İdmançılar hərəyə 2 qab pivə içdiklərini bildiriblər. Onlar gələcək beynəlxalq yarışlarda analoji halların təkrarlanmaması üçün belə ağır cəzaya məruz qalıblar.

Qış Asiya Oyunları 19 - 26 fevralda Yaponiyanın Sapporo şəhərində keçirilib. Cənubi koreyalı xizəkçilər 3 medal qazanıblar.

2018-ci ilin 9 - 25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunları keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi