Çempionlar Turu: Karlsen və So yarımfinalın ilk görüşündə uduzdu - YENİLƏNİB

Çempionlar Turu: Karlsen və So yarımfinalın ilk görüşündə uduzdu - YENİLƏNİB "Magnus Carlsen Invitational" adlanan yarışın bu raundu 2 gün davam edəcək
Fərdi
1599
18 Mart , 2021 23:19
Çempionlar Turu: Karlsen və So yarımfinalın ilk görüşündə uduzdu - YENİLƏNİB

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində yarımfinalın ilk görüşləri başa çatıb.

"Report"un məlumatına görə, ilk gündə Karlsen Yan Nepomnyaşiyə (Rusiya), Uesli So (ABŞ) isə Aniş Giriyə (Niderland) uduzub.

Bu raundun digər görüşləri sabah keçiriləcək.

"Magnus Carlsen Invitational"

Yarımfinal, ilk görüşlər

Maqnus Karlsen (Norveç) - Yan Nepomnyaşi (Rusiya) - 1,5:2,5

Aniş Giri (Niderland) - Uesli So (ABŞ) - 2,5:1,5

20:00

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində yarımfinal görüşlərinə start verilib.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın bu raundu da 2 gün davam edəcək.

Yarımfinalda Maqnus Karlsen Yan Nepomnyaşi (Rusiya) ilə, Uesli So (ABŞ) isə Aniş Giri (Niderland) ilə üz-üzə gəlir.

09:00

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün yarımfinalın ilk görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın bu raundu da 2 gün davam edəcək.

Yarımfinalda Maqnus Karlsen Yan Nepomnyaşi (Rusiya) ilə, Uesli So (ABŞ) isə Aniş Giri (Niderland) ilə üz-üzə gələcək.

Qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.

"Magnus Carlsen Invitational"

Yarımfinal, ilk görüşlər

Maqnus Karlsen (Norveç) - Yan Nepomnyaşi (Rusiya)

Aniş Giri (Niderland) - Uesli So (ABŞ)

Qeyd edək ki, "Magnus Carlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanır.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.

Son xəbərlər

Orphus sistemi