Çempionlar Turu: Teymur Rəcəbov yarımfinalın bir addımlığında

Çempionlar Turu: Teymur Rəcəbov yarımfinalın bir addımlığında İlk gündə Niderland təmsilçisi Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edən 34 yaşlı qrossmeysterə heç-heçə də kifayət edəcək
Fərdi
175
27 May , 2021 09:19
Çempionlar Turu: Teymur Rəcəbov yarımfinalın bir addımlığında
Teymur Rəcəbov

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da bu raundda cavab görüşlərini keçirəcək.

İlk gündə Niderland təmsilçisi Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edən 34 yaşlı qrossmeysterə yarımfinala adlaması üçün heç-heçə də kifayət edəcək. Amma qarşılaşmaların ardından hesab bərabərləşsə, tay-brek oynanılacaq.

1/4 finalın cavab qarşılaşmaları

Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)

İlk oyun - 2:2

Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan)

İlk oyun - 1,5:2,5

Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç)

İlk oyun - 2:2

Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ)

İlk oyun - 1:3

Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

28 - 29 mayda yarımfinal, 30 - 31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

Son xəbərlər

Orphus sistemi