Çempionlar turu: Şəhriyar Məmmədyarov IX mərhələdə iştirak edəcək

Çempionlar turu: Şəhriyar Məmmədyarov IX mərhələdə iştirak edəcək Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun XIX mərhələsinin iştirakçıları bəlli olub.
Fərdi
19 Avqust , 2021 14:45
Çempionlar turu: Şəhriyar Məmmədyarov IX mərhələdə iştirak edəcək

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun XIX - sonuncu mərhələsinin iştirakçıları bəlli olub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov "Aimchess USRapid" adlanan turnirdə mübarizə aparacaq.

Final mərhələsinə vəsiqəni təmin edən Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.

Qeyd edək ki, iyulun 28-də start götürəcək onlayn turnir sentyabrın 5-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi