Çempionlar Turu: Rəcəbov Giriyə qalib gəldi

Çempionlar Turu: Rəcəbov Giriyə qalib gəldi Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün 1/4 final mərhələsinə start verilib.
Fərdi
26 May , 2021 23:37
Çempionlar Turu: Rəcəbov Giriyə qalib gəldi
Teymur Rəcəbov

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün 1/4 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da ilk görüşlərini keçirib. 34 yaşlı qrossmeyster niderlandlı Aniş Giri ilə qarşılaşib. Rəcəbov ilk 3 partiyanı heç-heçə ilə bitirsə də, sonuncusundan qalib ayrılıb - 1:0. Beləliklə, ilk oyun günündə Azərbaycan şahmatçısı 2,5:1,5 hesablı qələbə qazanıb.

Cavab görüşləri mayın 27-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi