Çempionlar Turu: Məmmədyarov və Rəcəbov yenə uduzub

Çempionlar Turu: Məmmədyarov və Rəcəbov yenə uduzub Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində III tura yekun vurulub.
Fərdi
27 Sentyabr , 2021 23:55
Çempionlar Turu: Məmmədyarov və Rəcəbov yenə uduzub

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində III tura yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri bu turu da məğlubiyyətlə başa vurublar. Şəhriyar Məmmədyarov polşalı Yan-Kşiştof Dudaya, Teymur Rəcəbov isə niderlandlı Aniş Giriyə eyni hesabla uduzub - 2,5:3,5. Məmmədyarovla Rəcəbovun gücü qarşılaşmaları tay-breykədək uzatmağa çatıb.

Yan-Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - 3,5:2,5
Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) - 3,5:2,5
Uesli So (ABŞ) - Vladislav Artemyev (Rusiya) - 2,5:1,5
Levon Aronyan (Ermənistan) - Hikaru Nakamura (ABŞ) - 1:3
Teymur Rəcəbov (AZƏRBAYCAN) - Aniş Giri (Niderland) - 2,5:3,5

Xal durumu: Maqnus Karlsen - 23,5 xal, Uesli So - 18,5 xal, Levon Aronyan - 12 xal, Hikaru Nakamura - 10 xal, Aniş Giri - 9,5 xal, Teymur Rəcəbov - 9 xal, Maksim Vaşye-Laqrav - 7,5 xal, Vladislav Artemyev - 5,5 xal, Yan-Kşiştof Duda - 5 xal, Şəhriyar Məmmədyarov - 2,5 xal.

Sentyabrın 28-də keçiriləcək IV turda Rəcəbov Duda ilə, Məmmədyarov isə Vaşye-Laqravla qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi