Rəsul Çunayev: "Çempion olacağımı gözləyirdim"

Rəsul Çunayev: "Çempion olacağımı gözləyirdim" "Mənim üçün hər bir medal əzizdir, o cümlədən bürünc medal"
Fərdi
17 May , 2017 20:14
Rəsul Çunayev: Çempion olacağımı gözləyirdim

Bakı. 17 may. REPORT.AZ/ "Mən də digərləri kimi çempion olacağımı gözləyirdim. Amma bir səhv mənə baha başa gəldi".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində bürünc medal mükafatçısı Rəsul Çunayev deyib.

Onun sözlərinə görə, hesabda öndə olması onu arxayın salmayıb: "Mən Oyunlara çox yaxşı hazırlaşmışdım. Hətta deyə bilərəm ki, rəqiblərimdən bir baş üstün idim. Gördüyünüz kimi, iranlı idmançıya 5:0 hesabı ilə qalib gəlirdim. Amma özüm fənd işlətmək istədim, amma əks-fəndə düşdüm".

İslamiadanın bürünc mükafatçısı gələcək planlarından da danışıb: "Mənim üçün hər bir medal əzizdir, o cümlədən bürünc medal. Çünki bu medalı qazanmaq üçün tər tökürəm. Dünya çempionatına hazırlaşıram və orada bu səhvimi təkrar etməməyə çalışacağam".

Son xəbərlər

Orphus sistemi