Yuxarı

"CBC Sport" telekanalında yayımlanacaq nüfuzlu yarışların siyahısı açıqlanıb

İtaliya, Braziliya, Hollandiya, Rusiya və Ukrayna çempionatları, Türkiyə Kuboku və Super Kuboku ekranlara gətiriləcək

Bakı. 28 sentyabr. REPORT.AZ/ "CBC Sport" telekanalında yayımlanacaq nüfuzlu beynəlxalq yarışların siyahısı açıqlanıb. Bu barədə "Report"a telekanalın baş direktoru İlham Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, futbol çempionatlarından İtaliya və Braziliya A seriyası, Hollandiya Erediviziyası, Rusiya və Ukrayna Premyer Liqası, Türkiyə Kuboku və Super Kubokunun oyunları ekranlara gətiriləcək. İngiltərə, Almaniya və İspaniya çempionatlarının oyunlarından isə ən maraqlı görüntülər efirə veriləcək.

Digər idman növlərinə də yer ayıracaq "CBC Sport" ATP və WTA seriyalı bütün tennis turnirlərini, o cümlədən "Böyük dəbilqə" yarışlarını, Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatlarını, voleybol üzrə Türkiyə Super Liqasını nümayiş etdirəcək.

Qeyd edək ki, "CBC Sport"un yayıma oktyabrın 1-dən başlaması nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi