"CBC Sport" noyabrın 1-dən "Azerspace" peykindən yayıma başlayacaq

"CBC Sport" noyabrın 1-dən "Azerspace" peykindən yayıma başlayacaq Telekanalı hər kəs izləyə biləcək
Fərdi
26 Oktyabr , 2015 17:06
CBC Sport noyabrın 1-dən Azerspace peykindən yayıma başlayacaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ "CBC Sport" telekanalı noyabrın 1-dən "Azerspace" peykindən yayıma başlayacaq. Bu barədə "Report"a telekanalın baş direktoru İlham Rüstəmov məlumat verib. 

Onun sözlərinə görə, "CBC Sport"un test yayımı növbəti ayın ilk günündən məhdudiyyətsiz yayımla əvəzlənəcək: "Bəzi bölgələrimizdə telekanalımızı izləyə bilməyənlərin narahatlıqlarını başa düşürük. Noyabrın 1-dən hər kəs adi və peyk antenləri vasitəsilə verilişlərimizi sutkaboyu izləyə bilər". 

Qeyd edək ki, "CBC Sport" oktyabrın 1-dən test yayımına başlayıb. 

Son xəbərlər

Orphus sistemi