Yuxarı
    Bağlamaq

    CAS üç dəfə dopinq-testi buraxan britaniyalı veloyürüşçüyə bəraət qazandırıb

    İndi xanım idmançı Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak edə biləcək

    Bakı. 2 avqust. REPORT.AZ/ İdman Arbitraj Məhkəməsi (CAS) britaniyalı veloyürüşçü Elizabet (Lizzi) Armstedin üç dopinq-testi buraxdığı üçün onu diskvalifikasiya edən Böyük Britaniya Antidopinq Agentliyinin (UKAD) qərarından verdiyi apellyasiyasını qəbul edib.

    Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

    E.Armsted harada olması barədə dopinq nəzarəti əməkdaşlarını xəbərdar etmədiyinə və buna görə də ondan üç dəfə dopinq-test götürülə bilmədiyinə görə qeyri-müəyyən müddətə diskvalifikasiya edilmişdi.

    UKAD-nin qaydalarına əsasən, idmançı belə qayda pozuntusuna görə 1 ildən 4 ilə qədər cəzalandırıla bilər. CAS müəyyənləşdirib ki, E.Armsted yalnız iki dopinq-testi öz səhvi ucbatından buraxıb, üçüncü halda isə səhv UKAD-nin olub və bu səbəbdən o, diskvalifikasiya edilə bilməz.

    İndi xanım idmançı Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak edə biləcək.

    Qeyd edək ki, 27 yaşlı E.Armsted Olimpiya Oyunları-2012-nin gümüş mükafatçısıdır və 2009-cu ildə trek komanda yarışlarında, 2015-ci ildə isə qrup halında şosse yarışında dünya çempionu olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi