Azərbaycan fiqurlu konkisürəninin əsas rəqibinə qarşı şikayət təmin edilməyib

Azərbaycan fiqurlu konkisürəninin əsas rəqibinə qarşı şikayət təmin edilməyib İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanın işi üzrə Beynəlxalq Olimpiya Komitəsi (IOC), Beynəlxalq Konkisürmə İttifaqı (ISU) və Ümumdünya Antidopinq Agentliyinin (WADA) apellyasiya şikayətini təmin etməyib.
Fərdi
14 fevral 2022 06:25
Azərbaycan fiqurlu konkisürəninin əsas rəqibinə qarşı şikayət təmin edilməyib
Kamilə Vəliyeva

İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanın işi üzrə Beynəlxalq Olimpiya Komitəsi (IOC), Beynəlxalq Konkisürmə İttifaqı (ISU) və Ümumdünya Antidopinq Agentliyinin (WADA) apellyasiya şikayətini təmin etməyib.

"Report" CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, 16 yaşlı idmançı fevralın 15-də fərdi yarışlara qatıla biləcək. O, Azərbaycan təmsilçisi Yekaterina Ryabovanın əsas rəqiblərindən olacaq.

Beynəlxalq Dopinq Test Agentliyi (ITA) fevralın 12-də bildirib ki, Vəliyevanın 2021-ci il dekabrın 25-də verdiyi dopinq testində trimetazidin aşkarlanıb. Rusiya Antidopinq Agentliyi fevralın 9-da Vəliyevaya qarşı müvəqqəti diskvalifikasiya tətbiq edib. IOC, ISU və WADA fevralın 13-də bu qərardan CAS-a şikayət edib.

Son xəbərlər

Orphus sistemi