Çağlar Özdemir: "Azərbaycanda avarçəkmənin inkişafı üçün hər cür şərait var"

Çağlar Özdemir: "Azərbaycanda avarçəkmənin inkişafı üçün hər cür şərait var" "Belə bir bazada bu cür yarışın keçirilməsindən şad olduq".
Fərdi
29 Yanvar , 2022 14:02
Çağlar Özdemir: Azərbaycanda avarçəkmənin inkişafı üçün hər cür şərait var
Çağlar Özdemir

"Belə bir bazada bu cür yarışın keçirilməsindən məmnun olduq".

"Report"un məlumatına görə, bunu Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə, kayak və kanoe üzrə Gənclər Kubokunu izləyən türkiyəli mütəxəssis Çağlar Özdemir jurnalistlərə açıqlamasında deyib.

O, reqataya marağın böyük olduğunu bildirib: "İnanıram ki, gözəl yarış olacaq. Hava, azarkeşlər əladır, turnirə maraq böyükdür. Burada olduğumuz üçün xoşbəxtik".

Özemir Azərbaycanda avarçəkmə idman növünün vəziyyətindən məlumatlı olduğunu söyləyib: "Burada hansı işlərin görülməsindən xəbərimiz var. Bu idman növünə yaxşı investisiya qoyulub. Azərbaycanda avarçəkmə gələcəkdə daha da inkişaf edəcək. Yeni mövsümün belə gözəl yarışla başlaması əladır".

Ekspert Azərbaycan Milli Avarçəkmə Federasiyasının yeni rəhbərliyinin qarşıya böyük hədəflər qoyduğunu vurğulayıb: "Federasiyanın beynəlxalq arenada həyata keçirmək istədiyi çox şey var. Yeni plan və layihələrdə hər cür dəstəyi vermək istəyirik".

Özdemirin sözlərinə görə, Azərbaycan yerli idmançılarla da bu sahədə uğur qazana bilər: "Bunun üçün hər cür şəraitin olduğunu görürük. Yəni, un var, şəkər tozu var, yalnız halva bişirmək lazımdır. Ölkədə potensial var. İqlim bu idman növü üçün münasibdir. Yeni rəhbərlik də bunu istəyir. İnanıram ki, böyük uğurlar qazanılacaq".

Son xəbərlər

Orphus sistemi