Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək

Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək Çempionatda respublikanın müxtəlif bölgələrindən olan klubların idmançıları iştirak edəcək
Fərdi
30 Yanvar , 2015 12:47
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək

Bakı. 30 yanvar. REPORT.AZ/ 31 yanvar - 1 fevral tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək. "Report" xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun olaraq təşkil olunan çempionatda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən respublikanın müxtəlif bölgələrindən olan klubların idmançıları iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi