"Buta Golden" atçılıq klubu cıdır və konkur yarışlarında yüksək nəticələr göstərib - FOTO

"Buta Golden" atçılıq klubu cıdır və konkur yarışlarında yüksək nəticələr göstərib - FOTO Camal Tağıyev: "Əziyyətimiz və rəhbərliyin qayğısı nəticəsində yüksək nəticələr göstərmişik"
Fərdi
14 aprel 2018 13:30
Buta Golden atçılıq klubu cıdır və konkur yarışlarında yüksək nəticələr göstərib - FOTO

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə Bakı çempionatının ikinci mərhələsi keçirilib.

"Report"un məlumatına görə, qalib adını "Buta Golden" klubunun idmançısı Yahor Morotski "Astrello" ləqəbli atla qazanıb.

Morotski üç raundluq mübarizənin yekununda birinci yeri tutub. O, 140 - 145 sm hündürlükdə maneələri hamıdan tez və cəriməsiz keçib.

Təcrübəli idmançı ötən gün Bakı çempionatının birinci mərhələsində ikinci yeri tutub. Morotski 120 - 125 sm-lik maneələri keçmə yarışında fərqlənib.

Ötən həftə startı verilən cıdır mövsümündə də "Buta Golden"in idmançısı Orxanbəy Məmmədov "Majestic Warrios" ləqəbli atla ardıcıl üçüncü il qalib olub.

Klubun baş məşqçisi Camal Tağıyev "Report"a açıqlamasında gərgin mübarizə şəraitində gözəl qələbələr qazandıqlarını bildirib. O, əldə olunmuş nailiyyətlərdə klubun sahibi Rafael Bünyatovun və məşqçilər heyətinin rolunu xüsusi qeyd edib: "20 ildir fəaliyyət göstərən "Buta Golden"in sahibi Rafael Bünyatovdur. Bu klub ilk 10 ildə bütün cıdır yarışlarının qalibi olub. Bir ara boşluq oldu, yarışlara qatılmadıq. Tikinti işlərimiz getdi, atların yetişdirilməsinə və hazırlanmasına şərait olmadı. Amma artıq 4 ilə yaxındır cıdır yarışlarında iştirak edirik. Yenə əvvəlki müvəffəqiyyətləri əldə edirik, yenə də çempionuq, qalib gəlirik. Konkur istiqamətində də çalışmağa başlamışıq. İndi bu növ üzrə yarışlarda da nəticələrimiz müsbətdir. Klubda mənimlə yanaşı, konkur üzrə köməkçi-məşqçi Məlik Məmmədov, cıdır üzrə köməkçi-məşqçi Vidadi Tağıyev çalışır. Biz çempion yetişdirən insanlarıq. Rafael Bünyatovun göstərdiyi etimadı doğrultmuşuq. İndiyədək məğlubiyyətlərimiz olmayıb. Əziyyətimiz və rəhbərliyin qayğısı nəticəsində yüksək nəticələr göstərmişik. Bütün bunlar Rafael müəllimin yaratdığı şərait nəticəsində qazanılıb".

Son xəbərlər

Orphus sistemi