Bu il Azərbaycanda məşqçi-müəllim kateqoriyası alanların sayı açıqlanıb

Bu il Azərbaycanda məşqçi-müəllim kateqoriyası alanların sayı açıqlanıb Azad Rəhimov 2016-cı ilin yekunlarına dair hesabat konfransı keçirib
Fərdi
27 Dekabr , 2016 14:48
Bu il Azərbaycanda məşqçi-müəllim kateqoriyası alanların sayı açıqlanıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyində ilin yekunlarına dair hesabat xarakterli mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu ildə Azərbaycanda 203 yarış keçirilib və onlardan 52-si isə beynəlxalq səviyyəli yarış olub.

A.Rəhimov ölkə idmançılarının Avropa çempionatı və birinciklərində, kubok yarışlarında 297 qızıl, 250 gümüş və 290 bürünc medal qazandığını deyib.

Prezident İlham Əliyevin sərəncamı ilə Milli Paralimpiya Komitəsinin 20 illiyi ilə Azərbaycanda paralimpiya idmanının inkişafında xidmətlərinə görə, 1 nəfər "Dostluq" ordeni, 1 nəfər Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdü, 1 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə", 12 nəfər "Tərəqqi" medalı verilib.

İyirmi nəfər "Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Onun sözlərinə görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlərə görə 2 nəfər "Şöhrət" ordeni, 1 nəfər 1-ci dərəcəli "Vətənə xidmətə görə, 2 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə", 5 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə, 18 nəfər "Tərəqqi" medalı, 16 nəfər "Azərbaycan Respublikasının Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub.

XV Paralimpiya Oyunlarının nəticələrinə görə, 2 nəfər "Şöhrət" ordeni, 1 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə", 8 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, 9 nəfər "Tərəqqi" medalı, 1 nəfər isə "Azərbaycan Respublikasının fəxri diplomu" ilə təltif edilib.

Bu ildə müxtəlif idman növləri üzrə 90 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib.

Nazir 2017-ci ildə Azərbaycanda keçiriləcək yarışlardan da söz açıb: "Gələn il IV İslam Həmrəyliyi Oyunları, "Formula 1 üzrə Azərbaycan Qran Prisi" və qadın voleybolçular arasında Avropa çempionatı keçiriləcək".

Son xəbərlər

Orphus sistemi