Bu gün Şəhriyar Məmmədyarov Din Lijenlə qarşılaşacaq

Bu gün Şəhriyar Məmmədyarov Din Lijenlə qarşılaşacaq İddiaçılar turnirinin XII turu 18:00-da start götürəcək
Fərdi
24 Mart , 2018 06:49
Bu gün Şəhriyar Məmmədyarov Din Lijenlə qarşılaşacaq

Bakı. 24 mart. REPORT.AZ/ Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə İddiaçılar turnirinin XII turu keçiriləcək.

“Report” xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarovun bu turda rəqibi çinli Din Lijen olacaq.

Rəqiblər arasında birinci dövrənin 5-ci turunda keçirilən qarşılaşma heç-heçə yekunlaşıb.

Turun oyunları Bakı vaxtı ilə 18:00-da start götürəcək.

İddiaçılar turniri, XII tur

Aleksandr Qrişuk (Rusiya) – Levon Aronyan (Ermənistan)

Sergey Karyakin (Rusiya) – Fabiano Karuana (ABŞ)

Vladimir Kramnik (Rusiya) – Uesli So (ABŞ)

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Din Lijen (Çin)

Turnir cədvəli: Karuana – 7, Məmmədyarov – 6,5, Qrişuk, Karyakin – hər biri 6, Lijen – 5,5, Kramnik – 5, So – 4,5, Aronyan – 3,5.

Son xəbərlər

Orphus sistemi