Bu gün Rəcəbov və Karlsen həlledici görüşlərini keçirəcək

Bu gün Rəcəbov və Karlsen həlledici görüşlərini keçirəcək Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun III mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu gün fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda həlledici görüşlərini keçirəcək.
Fərdi
213
14 Fevral , 2021 12:58
Bu gün Rəcəbov və Karlsen həlledici görüşlərini keçirəcək
Teymur Rəcəbov

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun III mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu gün fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda həlledici görüşlərini keçirəcək.

"Report"un məlumatına görə, tərəflər ilk oyun günündə 4 dəfə üz-üzə gəliblər. Azərbaycan təmsilçisi ötən günü 2,5:1,5 hesablı üstünlüklə tamamlayıb. Bu isə o deməkdir ki, bugünkü 4 qarşılaşmanın yekununda heç-heçə belə, Rəcəbova yarışı 3-cü pillədə bitirməyə imkan verəcək.

Qeyd edək ki, final oyununda norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So qarşılaşacaq. Tərəflər arasındakı final görüşünün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1).

Qeyd edək ki, ikinci oyun gününə saat 20:00-da start veriləcək.

Son xəbərlər

Orphus sistemi