Bu gün Beynəlxalq Olimpiya günüdür

Bu gün Beynəlxalq Olimpiya günüdür 23 iyun - Beynəlxalq Olimpiya günü kimi qeyd edilir.
Fərdi
144
23 İyun , 2020 10:54
Bu gün Beynəlxalq Olimpiya günüdür

23 iyun - Beynəlxalq Olimpiya günü kimi qeyd edilir.

"Report"un məlumatına görə, 1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İsveçin paytaxtı Stokholmdakı 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklifi irəli sürülüb.

İlk əlamətdar gün 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunub. Bu günü daha geniş miqyasda və bütün milli olimpiya komitələrinin iştirakı ilə qeyd etmək məqsədilə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib.

Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə 1996-cı ildə təşkil edilib. Elə həmin il Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Azərbaycanda Milli Olimpiya Komitəsi isə 1992-ci ildə yaradılıb. 1997-ci ildən komitəyə Prezident İlham Əliyev başçılıq edir. 

Ölkə idmançıları indiyədək Olimpiya Oyunlarında 8 qızıl, 12 gümüş, 25 bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi