Bu gün bədii gimnastika üzrə Azərbaycan çempionatı start götürəcək

Bu gün bədii gimnastika üzrə Azərbaycan çempionatı start götürəcək Bu gün bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatı start götürəcək.
Fərdi
29 Avqust , 2019 10:35
Bu gün bədii gimnastika üzrə Azərbaycan çempionatı start götürəcək

Bu gün bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatı start götürəcək.

“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında 3 günü əhatə edəcək yarışda fərdi gimnastlar kiçiklər, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparacaqlar.

İştirakçılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin İdman Məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alacaqlar.

Yeni mövsümün ilk turnirində 100-dən çox gimnast mübarizə aparacaq. Yarışlar hər gün saat 12:00-da start götürəcək.

Çempionat üçün biletləri Milli Gimnastika Arenasının kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/az/) əldə etmək olar. Yarışların ilk 2 günü biletlərin qiyməti 5 manat, final günü isə 8 manat təşkil edir.

Orphus sistemi