Bu gün Azərbaycanın sərbəst güləş üzrə milli komandası Dünya Kubokunda ilk görüşünü keçirəcək

Bu gün Azərbaycanın sərbəst güləş üzrə milli komandası Dünya Kubokunda ilk görüşünü keçirəcək Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku start götürəcək.
Fərdi
7 Aprel , 2018 09:50
Bu gün Azərbaycanın sərbəst güləş üzrə milli komandası Dünya Kubokunda ilk görüşünü keçirəcək

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku start götürəcək.

“Report” xəbər verir ki, B yarımqrupunda mübarizə aparacaq Azərbaycan millisi ilk görüşünü Kuba yığmasına qarşı keçirəcək.

B xalçasında olacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Firdovsi Umudovun rəhbərlik etdiyi kollektiv aprelin 8-də Qazaxıstan (saat 02:30) və Monqolustan (saat 19:00) komandaları ilə qarşılaşacaq.

Azərbaycan komandası ötən il keçirilən analoji yarışıda 3-cü yeri tutub. Buna qədər isə yığma 2 dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.

Qeyd edək ki, ABŞ, Hindistan, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaqlar. Dünya Kuboku iki günü əhatə edəcək.

Yarış Dünya Güləş Birliyinin rəsmi saytından canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi