Yuxarı
    Bağlamaq

    Bu gün Azərbaycanın daha 9 cüdoçusu "Böyük dəbilqə" turnirində mübarizəyə qoşulub

    İlk yarış günündə Tərlan Kərimov bürünc medal qazanıb, İlqar Müşkiyev isə 7-ci olub

    Bakı. 7 may. REPORT.AZ/ Bakıda keçirilən "Böyük dəbilqə" turnirində bu gün Azərbaycanın 9 cüdoçusu çıxış edir. "Report"un məlumatına görə, kişilərin yarışında 73 kq və 81 kq çəki dərəcələrində üst-üstə 8 təmsilçimiz mübarizə aparır. 

    63 kq çəkidə isə yeganə qadın cüdoçumuz Gülsədəf Kərimova yer alıb.

    73 kq 1/16 final. Rüstəm Orucov - Tohar Butbul (İsrail) 1/16 final. Vüqar Bayramov - Yaromir Yezek (Çexiya) 1/32 final. İsmayıl Piriyev Fridon Giqaniyə (Gürcüstan) uduzaraq mübarizəni dayandırıb. 1/16 final. Fəqan Quluzadənin ilk rəqibi Sergey Drebot (Ukrayna) - Kiyoşi Uematsu (İspaniya) cütünün qalibi olacaq.

    81 kq 1/16 final. Əbdülhəqq Rəsullu Emirhan Yücelə (Türkiyə) qalib gəlib. 1/8 finalda onun rəqibi Takonori Naqase (Yaponiya) olacaq. 1/32 final. Rüstəm Alimli Konstantin Ovçinnikova (Latviya) uduzaraq, mübarizəni dayandırıb. 1/32 final. Ziya Namazov Seyid Mollayiyə (İran) qalib gəlsə də, 1/16 finalda Eoyn Kuqlana (Avstraliya) uduzaraq, mübarizəni dayandırıb. 1/16 final. Elvin Əhmədli - İvan Felipe Silva Morales (Kuba)

    63 kq 1/16 final. Gülsədəf Kərimova - Anikka van Emden (Hollandiya)

    Qeyd edək ki, ilk yarış günündə Tərlan Kərimov (66 kq) bürünc medal qazanıb. İlqar Müşkiyev (60 kq) isə 7-ci olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi