​Bu gün Azərbaycanın 3 boksçusu finala vəsiqə uğrunda döyüşəcək

​Bu gün Azərbaycanın 3 boksçusu finala vəsiqə uğrunda döyüşəcək Bunlar Elvin Məmişzadə, Albert Səlimov və Pərviz Bağırovdur
Fərdi
12 Oktyabr , 2015 13:17
​Bu gün Azərbaycanın 3 boksçusu finala vəsiqə uğrunda döyüşəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 3 boksçusu yarımfinal görüşünə çıxacaq. "Report"un məlumatına görə, 52 kq çəki dərəcəsində mübarizədə Elvin Məmişzadə əlcəzairli Muhammed Flissi ilə üz-üzə gələcək. 

60 kq çəkidəki Albert Səlimov braziliyalı Robson Konseysao ilə, 69 kq çəkidə yer alan Pərviz Bağırov isə qazaxıstanlı Daniyar Yeleusinovla döyüşəcək. Axşam proqramına təsadüf edəcək döyüşlərə Bakı vaxtilə saat 21:00-da start veriləcək. Qaliblər oktyabrın 15-də final görüşlərinə vəsiqə qazanacaqlar. Məğlublar isə yarışı bürünc medalla başa vuracaqlar. 

Qeyd edək ki, ötən gün dünya çempionatında Azərbaycan boksçularından 91 kq çəki dərəcəsində mübarizə aparan Abdulqadir Abdullayev bürünc medala sahib olub. O, yarımfinalda uduzub. Digər boksçulardan Rüfət Hüseynov (49 kq), Tayfur Əliyev (56 kq) və Lorenso Sotomayor (64 kq) 1/4 finalda, Teymur Məmmədov isə 1/8 finalda mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi