Yuxarı

Bu gün ABŞ-da Məhəmməd Əli ilə ikigünlük vida mərasimi başlayacaq

Əfsanəvi boksçu müsəlman adət-ənənələri ilə dəfn olunacaq

Bakı. 9 iyun. REPORT.AZ/ 74 yaşında vəfat edən əfsanəvi boksçu Məhəmməd Əli ilə ikigünlük vida mərasimi  bu gün onun doğma şəhəri olan Luisvilldə cənazə namazının qılınması ilə başlayacaq.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Məhəmməd Əlinin doğulduğu və böyüyüb başa çatdığı ABŞ-ın Kentukki ştatındakı Luisvill şəhəri tarixindəki ən mühüm hadisələrdən birinə hazırlaşır. 

Əfsanəvi boksçunun pərəstişkarları idmançının doğulduğu və böyüdüyü evi ziyarət etməkdə davam edir.

Dəfn mərasimi yerli vaxtla saat 12:00-da başlayacaq. 

İkinci dəfn mərasimi sabah Məhəmməd Əlinin ABŞ cəmiyyətinin müxtəlif təbəqələrindən olan pərəstişkarlarının iştirakı ilə keçiriləcək.

Mərasimdə ABŞ-ın keçmiş prezidenti Bill Klinton, aktyorlar Uill Smit və Billi Kristal, eləcə də jurnalist Brayan Qambelin çıxış edəcəyi gözlənilir. 

Mərasimin sonunda Məhəmməd Əlinin cənazəsi əvvəlcədən müəyyən olunmuş marşrut üzrə "Cave Hill" qəbirstanlığına aparılaraq, dəfn ediləcək.

Mərasimlər imam Zeyd Şakirin rəhbərliyi altında keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi