Bu gün 2016-cı il olimpiadasına lisenziya xarakterli güləş üzrə dünya çempionatı başlayır

Bu gün 2016-cı il olimpiadasına lisenziya xarakterli güləş üzrə dünya çempionatı başlayır İlk yarış günündə Azərbaycanın 3 yunan-Roma güləşçisi mübarizə aparacaq
Fərdi
7 Sentyabr , 2015 12:53
Bu gün 2016-cı il olimpiadasına lisenziya xarakterli güləş üzrə dünya çempionatı başlayır

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün ABŞ-ın Las Veqas şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatı start götürəcək. "Report"un məlumatına görə, yarışın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. 

Azərbaycanı baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək. 

İlk yarış günündə 66, 75 və 98 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan güləşçilərinin ilk rəqibləri artıq məlumdur:

66 kq
1/32 final. Artyom Surkov (Rusiya) - Həsən Əliyev

75 kq
1/32 final. Elvin Mürsəliyev - Xuan Anxel Eskobar (Meksika)

98 kq
1/32 final. Orxan Nuriyev - Laokvatis Kessidis (Yunanıstan)

İlk görüşlər Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Final qarşılaşmaları isə 8 sentyabr saat 06:30-da start götürəcək və İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, Las Veqasda keçiriləcək dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.  

Son xəbərlər

Orphus sistemi