Azərbaycan Qran-prisinin keçiriləcəyi ərazidəki obyekt sahibləri ilə görüş olacaq

Azərbaycan Qran-prisinin keçiriləcəyi ərazidəki obyekt sahibləri ilə görüş olacaq BŞH: "Yaxın 3-4 il ərzində Azərbaycan Qran-prisini gecə vaxtı keçirməyi düşünmürük"
Fərdi
2 Dekabr , 2016 15:08
Azərbaycan Qran-prisinin keçiriləcəyi ərazidəki obyekt sahibləri ilə görüş olacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ "Avropa Qran-prisinə hazırlıq prosesi 783 gün davam etdi. 47 ölkədən azarkeşlər gəlmişdi. Cənab Prezident bildirib ki, ilin ötən 6 ayı ilə son 6 ayın müqayisəsində turizm artıb. Formula-1-in də bu işdə köməyi olub". 

"Report"un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib.

N.Arpadarai 2017-ci ildə keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisi ilə bağlı dəyişikliklərə toxunub: "İlk yarışda bütün dünya Azərbaycanı, Bakını gördü. Fəxr hissi ilə bildiririk ki, yeni yarış Azərbaycan Qran-prisi adlanacaq. Üstəlik bu dəfəki yürüş "24 saat Le Man" marafonu ilə üst-üstə düşməyəcək. Növbəti mövsüm də yarışların üst-üstə düşəcəyini düşünmürük. Yaxın 3-4 il ərzində gecə yarışı keçirməyi düşünmürük".

BŞH rəsmisi media nümayəndələrinin akreditasiyası ilə bağlı məsələlərə də aydınlıq gətirib: "Biz ötən il yarışa başlamamışdan öncə də bu məsələ ilə bağlı danışmışıq. Burada Beynəlxalq Avtomobil İdmanı Federasiyasının xüsusi kriteriyaları var. Bunun üçün Formula-1 yarışını işıqlandırmaq lazımdır. Təəssüf ki, elə oldu ki, bir çox jurnalist akreditasiya ala bilmədi. Bir daha qeyd etmək istəyirik ki, bu il də akreditasiyaları FİA verəcək və bu, bütün dünyada belədir".

O, Azərbaycan Qran-prisinin xərcləri ilə bağlı da danışıb: "Ötən il tikinti işləri aparılır, yollar düzəldilirdi. Ancaq bu il iş daha az olacaq. Yalnız İçərişəhərdə qəmbər daşlarının üstü örtüləcək. Biz ötən yarışda da öz strategiyamızı quranda əyləncə axtaran insanları da nəzərə almaq istəyirdik. Maraqlı əyləncə proqramımız və dünya ulduzları olacaq. Səfirlər də iştirak edəcəklər. Bu il ölkəmizə gələn turistlərin sayı dəfələrlə artıb. Tras ətrafında olan kommersiya məqsədli obyektlərin sahibləri ilə görüşümüz, seminarlarımız olacaq. Ölkəmizdə daimi trek yoxdur. Bunun tikilmə və saxlanılma xərci çox böyükdür. İndi isə xərcimiz çox azdır. İlk yarışda olduğu kimi, yerli səfirlər də bizimlə olacaqlar. Trasın konfuqrasiyasında isə heç bir dəyişiklik olmayacaq".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 2017-ci il iyunun 23-25-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi