BŞH: Karantin bitməsə, Azərbaycan Qran-prisi olmayacaq

BŞH: Karantin bitməsə, Azərbaycan Qran-prisi olmayacaq Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə bağlı hansısa rəsmi məlumat və heç bir yenilik yoxdur.
Fərdi
344
2 İyun , 2020 12:48
BŞH: Karantin bitməsə, Azərbaycan Qran-prisi olmayacaq
Report

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı hansısa rəsmi məlumat və heç bir yenilik yoxdur". 

Bu barədə "Report"a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva Bakıdakı yarışın taleyi barədə danışarkən deyib. 

O bildirib ki, Azərbaycan Qran-prisi ilə bağlı qərarı hökumət verməlidir. BŞH rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum buna qərar verə bilməz: "Azərbaycan hökuməti qərar verməlidir. "Formula 1"lə danışıqlar davam edir. Karantin rejimi bitməlidir ki, biz yarışı təşkil edək. Bu olmasa, təşkil edə bilmərik".

Menecer TƏBİB-in "Bu ilin sonunadək ölkədə karantin rejimi davam edəcək" açıqlaması barədə isə bunları söyləyib: "Biz bilməliyik ki, hansı məhdudiyyətlər götürüləcək. Sərhəd açılmalı və reyslər olmalıdır. Karantin sadəcə tibbi maska taxmaq deyil. İlk növbədə, sərhədlər açılmalıdır".

G.Quliyeva heç nə bəlli olmadığı üçün hazırlıqlara başlamadıqlarını da sözlərinə əlavə edib: "Biz şirkət olaraq iyunun 15-dək hələ ki, karantindəyik". 

Qeyd edək ki, müxtəlif KİV Azərbaycan Qran-prisinin təhlükə altında olduğunu yazıb və Bakıdakı yarışın İtaliyada daha bir yarışla əvəzlənmə ehtimalı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi