Bakı. 21 May. REPORT.AZ/ Brüssel terrorçu-kamikadzelərindən biri olan Nacim Laakruinin kiçik qardaşı Murad mayın 19-da 54 kq. çəki dərəcəsində taekvondo üzrə Avropa çempionatının qalibi olub.
“Report” xəbər verir ki, bu barədə Avropa Taekvondo İttifaqının məlumatında bildirilir.
Kiçik Laakrui finalda “Bakı-2015” Avropa Oyunlarının gümüş mükafatçısı və Azərbaycanda keçirilən 2014-cü il Avropa çempionatının 3-cüsü 18 yaşlı Xesus Tortosu məğlub edib.
Laakrui Belçikanı Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında təmsil edəcək.
“The Washinghton Post”un məlumatına görə, o lisenziyanı ötən il qazanıb.
Martın 22-də Brüsselin Zaventem hava limanında iki partlayış baş verib. Orada partlayışı törədən terrorçu-kamikadzelərdən biri Nacim Laakrui olub.