Britaniyalı promouter bağında dünya çempionatı təşkil etmək istəyir

Britaniyalı promouter bağında dünya çempionatı təşkil etmək istəyir Britaniyalı promouter Eddi Hirn elit boksu ölkəyə qaytarmaq üçün qeyri-adi plan hazırlayıb.
Fərdi
16 May , 2020 09:44
Britaniyalı promouter bağında dünya çempionatı təşkil etmək istəyir

Britaniyalı promouter Eddi Hirn elit boksu ölkəyə qaytarmaq üçün qeyri-adi plan hazırlayıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, Hirn bu məqsədlə Brentvuddakı 15 hektarlıq bağında dünya çempionatı təşkil etmək istəyir.

Onun planına əsasən, iyuldan ardıcıl olaraq hər həftənin şənbə günü boks gecələri keçiriləcək.

Promouterin "Matchroom Fight Camp" adlandırdığı turnirin sonunda WBC üzrə ağır çəkidə britaniyalı Dillian Uayt və rusiyalı Aleksandr Povetkin üz-üzə gəlməlidir.

Son xəbərlər

Orphus sistemi